Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vaqner'' hərbi təyyarəsi uçuş-enmə zolağından çıxdı: 140 nəfər öldü

''Vaqner'' hərbi təyyarəsi uçuş-enmə zolağından çıxdı: 140 nəfər öldü

Tarix: 28 Sentyabr 2023 15:36

Malidə Rusiyanın "Vaqner" özəl hərbi şirkətinə məxsus "İlyuşin İL-76" hərbi-nəqliyyat təyyarəsi şənbə günü, sentyabrın 23-də səhər eniş zamanı əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Mali və "Vaqner" əsgərlərini daşıyan təyyarədə 140 nəfər həyatını itirib.

Qəzadan sonra alovlanan təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilib.

Qəza təyyarənin yanacaq çənindəki nasazlığın səbəbindən baş verib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

Qeyd edək ki, Malidəki Qao hava limanından Mali əsgərləri, "Vaqner" muzdluları və BMT-nin sabitləşdirmə missiyasının hərbi personalı istifadə edir.

Məlumata görə, təyyarə əvvəllər "Vaqner" Qrupuna məxsus olub və qəzadan təxminən bir həftə əvvəl Hərbi Hava Qüvvələrinə təhvil verilib.


Etiketlər:  Vaqner hərbi təyyarəsi uçuş enmə zolağından çıxdı nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ