Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Tarix: 2 Oktyabr 2023 08:34

Oktyabrın 1-də Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin zəlzələlər səbəbindən hasilatın 2018-ci ildə tədricən azaldılması və yatağın bağlanması barədə qərar qəbul edilib.

İyun ayında Niderland hakimiyyəti 2023-cü il oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq qərarına gəlib. Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.

Eyi zamanda yatağın fəaliyyətinin tam dayandırılması üçün parlamentin qərarı lazımdır.

Milli.Az


Etiketlər:  Avropanın böyük yatağında hasilat dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ