Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Veriliş efirə çıxmamış aparıcılar dəyişdi

Veriliş efirə çıxmamış aparıcılar dəyişdi

Tarix: 2 Oktyabr 2023 12:50

Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan" telekanalında (ATV) yeni mövsümdən etibarən İlhamə Bədəlova və Zaur Nəbioğlu birlikdə "Rəngarəng" adlı musiqili-əyləncəli veriliş aparacaqlar.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, sözügedən proqramda ciddi dəyişikliklər baş verib. 

Belə ki, ötən mövsüm "Xəzər" televiziyası ilə yollarını ayıran "Səhər mərkəzi" proqramının aparıcılarından biri olan Aysel Novruzova ATV kanalına işə düzəlib. O, Z. Nəbioğlu ilə bərabər "Rəngarəng" verilişini aparacaq. İ.Bədəlova isə sözügedən proqramdan çıxıb. 

Qeyd edək ki, Vüsalə Əlizadə ATV-də yayımlanan "7 canlı" axşam şousundan uzaqlaşandan sonra həmin verilişin aparıcılığını İlhamə Bədəlova edib. O, eyni zamanda 2014-ci ildən etibarən "Həkimsən" proqramının aparıcısıdır. 


Etiketlər:  Veriliş efirə çıxmamış aparıcılar dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ