Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 15:08
Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycanda meyvə sularının istehsalı ümumi kənd təsərrüfatı istehsalının 40 faizini təşkil edir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Onun sözlərinə, meyvə sularının istehsalı ənənəvi sahə olduğu üçün hər zaman yüksək səviyyədə olub.
O bildirib ki, 2017-ci ildə ölkədə 22 milyon litr meyvə suyu istehsal olunmuşdusa, ötən il bu göstərici daha 7 milyon litr artıb.
R.Məmmədov qeyd edib ki, Azərbaycan meyvə suları təxminən 50 ölkəyə ixrac olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin