Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 08:24
Düşmənlərimiz bizdən fərqli olaraq Rusiya ilə münasibətləri korlamırlar.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bunu yerli politoloq Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarı Azərbaycanın cəzalandırılması üçün heç nə vermədiyi kimi, Roma Statutunun qəbulu da bu mənada təsirsiz qalacaq.
"Amma bu, Ermənistan üçün qazın və digər malların qiymətinin artmasına, ixrac bazarının itirilməsinə gətirib çıxara bilər. Ermənistan hakimiyyəti AES-i bağlasa, 1990-cı illərə qayıdacaq. Bundan başqa, Ermənistana münasibətdə viza rejimi tətbiq oluna, əmək miqrantları Ermənistana deportasiya oluna, köçürmələr məhdudlaşdırıla bilər", - deyə Xaçikyan əlavə edib.