Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mənim əmrimlə Gəncəni vurduq" deyən Arayik 3 il sonra Xankəndidə saxlanıldı - VİDEO

Tarix: 5 Oktyabr 2023 11:24

3 il əvvəl Gəncənin bombalanması əmrini verən Arayik Harutyunyan həbs olunaraq Bakıya gətirilib.

Bu barədə görüntüləri Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Uşaq qatili Arayik Gəncəni bombalanması zamanı özündən çox əmin görünürdü. Gəncənin bombalanması zamanı fəxrlə kamera önünə keçib bunu etiraf edən Arayik, yəqin ki, belə tezliklə həbs olunacağını düşünmürdü.

Lakin 3 ilin tamamında Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanıldı.

Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

1973-cü il təvəllüdlü Harutyunyan Arayik Azərbaycan ərazisində qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasında təqsirləndirilir.

Bundan başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Azərbaycan ədaləti bərpa etməkdə davam edir. İlk gündən də deyildiyi kimi heç bir cinyaət cəzasız qalmayacaq. Arayik Harutyunyanın və digərləri də layiq olduqları cəzanı alırlar.

Milli.Az


Etiketlər:  Mənim əmrimlə Gəncəni vurduq deyən Arayik 3 il sonra Xankəndidə saxlanıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ