Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soydaşımız Nobel Sülh mükafatına layiq görüldü - FOTOlar

Soydaşımız Nobel Sülh mükafatına layiq görüldü - FOTOlar

Tarix: 6 Oktyabr 2023 13:48

Sülh nominasiyası üzrə Nobel mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.

2023-cü il Nobel Sülh Mükafatı qadın hüquqları sahəsindəki işinə görə iranlı Nərgis Mühəmmədiyə verilib. Nərgiz uzun illərdir ki, İranda həbs həyatı yaşayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nobel Mükafatı Komitəsinin bəyanatında deyilir: "Builki mükafat İranda qadınların zülmünə qarşı mübarizə aparan Nergis Muhammediyə verilib".

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Soydaşımız Nobel Sülh mükafatına layiq görüldü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ