Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edə bilər - VİDEO

Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edə bilər - VİDEO

Tarix: 7 Oktyabr 2023 13:51

Əsgəran, Ağdərə və Şuşada Rusiya sülhməramlılarına məxsus postlar ləğv edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan lokal antiterror əməliyyatları ilə suverenliyini tam bərpa edib.

Təhlükəsiziliklə bağlı bütün məsələlər ən yüksək səviyyədə diqqətdə saxlanılır. Qarabağda sülhməramlıların fəaliyyət dairəsi də kifayət qədər daralıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin bundan sonrakı fəaliyyəti ilə bağlı məsələlər əsasən Azərbaycanla müzakirə ediləcək. Çünki bu, ölkəmizin daxili məsələsidir. Son proseslər sülhməramlıların Qarabağdan gedişini bir qədər də tezləşdirə bilər.

Millət vəkili əlavə edib ki, Rusiya sülhmərmalı kontingenti ilə bağlı yaxın vaxtlarda yekun qərarın veriləcəyinə şahid ola bilərik.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edə bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ