Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti açıqlanıb

Azərbaycan neftinin qiyməti açıqlanıb

Tarix: 9 Oktyabr 2023 10:56

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Milli.Az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ