Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evliliklərinin 15 ilini bu sözlərlə qeyd etdi - FOTO

Evliliklərinin 15 ilini bu sözlərlə qeyd etdi - FOTO

Tarix: 9 Oktyabr 2023 21:45

Bu gün Xalq artisti Miri Yusif ilə həyat yoldaşı Nərgiz xanımın evlilik ildönümüdür. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 15 ildir ailəli olan cütlük özəl günləri üçün bəy-gəlin geyimində obyektiv qarşısına keçib.

Fotoları sosial şəbəkədə paylaşan sənətçi şərh bölümünə "15 il öncə nişan üzüklərimizi dəyişdirdik və söz verdik ki, həm dar, həm də şad günlərdə biri-birimizə dayaq olaq. Bu hələ bir başlanğıcdır. 15 ilimiz mübarək, Nərgizim. Ömrümüzün son gününə, son nəfəsə qədər bir yerdə! Allah bizi ayırmasın, Allah bütün sevgililəri qorusun!" sözlərini yazıb.

Qeyd edək ki, bir neçə ildir Türkiyəyə köçən cütlüyün üç övladı var.


Etiketlər:  Evliliklərinin ilini sözlərlə qeyd etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ