Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada məktəbli olan terrorçu saxlanıldı

Rusiyada məktəbli olan terrorçu saxlanıldı

Tarix: 10 Oktyabr 2023 14:52

Rusiyanın Krasnoyarsk şəhərində yerli bazarda terror aktı törətməyə hazırlaşan 16 yaşlı oğlan saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məktəblinin şəhərin Kirov rayonundakı bazarda təxribat törətməyi planlaşdırdığı vurğulanıb.

"Onun terror fəaliyyətini həyata keçirmək üçün təlim keçməsindən şübhələnmək üçün də əsaslarımız var. O, internet vasitəsilə partlayıcı qurğuların toplanması imkanlarını fəal şəkildə araşdırıb, bunun üçün axtarış sistemlərindən biri vasitəsilə kitablar yükləyib", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatında deyilir.


Etiketlər:  Rusiyada məktəbli olan terrorçu saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ