Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu A seriyası klubunun baş məşqçisi təyin olunacaq

Məşhur futbolçu A seriyası klubunun baş məşqçisi təyin olunacaq

Tarix: 10 Oktyabr 2023 21:38

Məşhur futbolçu Filippo İnzaqi İtaliya A seriyası klubu "Salernitana"nın baş məşqçisi təyin olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

"Salernitana" rəhbərliyi bunu elan etmək üçün hazırkı baş məşqçi Paulu Souzanın istefasını gözləyir. Bununla bağlı portuqaliyalı ilə danışıqlar son mərhələdədir. Souzanın müqaviləsinə gün ərzində qarşılıqlı razılıqla xitam veriləcək. İnzaqi isə mövsümün sonuna qədər komandanın "sükanı arxasında" olacaq.

Qeyd edək ki, "Salernitana" hazırda A seriyasında 19-cu pillədə qərarlaşıb. Filippo İnzaqi son iş yeri olan "Recina"dan avqustda ayrılıb.

Milli.Az


Etiketlər:  Məşhur futbolçu A seriyası klubunun baş məşqçisi təyin olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ