Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 08:08
İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Mən burada heç bir siyasi qərar elan etmək fikrim yoxdur, lakin bu pul dondurula bilər", - Kirbi deyib.
Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər.
Eyni zamanda o, bu vəsaitin indiyədək bir sentinin belə xərclənmədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında əsir mübadiləsi ilə bağlı razılaşma daxilində İranın Cənubi Koreyada dondurulan vəsaitinin blokdan çıxarılmasına qərar verilmişdi.