Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 18:54
Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib:
"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".
Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq:
"Lakin Ermənistanla təmaslar davam edəcək", - deyə o qeyd edib.