Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 10:55
"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi hazırda müharibə gedən İsrailə dəstək paylaşımı edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl Təl-Əvivdə olan müğənni oradan şəkillərini yayımlayıb.
"Sülh elə bir şeydir ki, biz onu hər zaman qorumalı və uğrunda çalışmalıyıq. Yer üzündə sülh olsun, hamı salamat və sağlam olsun" deyə, Samirə bildirib.
Qeyd edək ki, Samirə İsrail HƏMAS tərəfindən raket atəşinə tutulan zaman orada olub. Sənətçi ailəsi ilə birlikdə bir neçə gün sığınacaqda qalıb. Hazırda o, Bakıya qayıda bilib.
Xatırladaq ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və ilk gün İsrailə 5000 raket atıldığını bildirib.