Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı futbolçular qəzaya düşdülər: Ölən və yaralananlar var - FOTO

Rusiyalı futbolçular qəzaya düşdülər: Ölən və yaralananlar var - FOTO

Tarix: 12 Oktyabr 2023 14:24

Rusiyanın "Uralets-TS" klubunun futbolçularının olduğu avtomobil Perm-Yekaterinburq magistralında qəzaya uğrayıb. Nəticədə futbolçu Yevgeni Sitnikov yerindəcə ölüb, daha üç idmançı yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, futbolçulardan Kirill Koçetov komadadır, Denis Fedoroçev və Kirill Mılnikov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sitnikovun 33 yaşı var idi. "Amkar"ın yetirməsi olan müdafiəçi ölkə çempionatının ikinci divizionundakı klubda çıxış edib.

Milli.Az


Etiketlər:  Rusiyalı futbolçular qəzaya düşdülər Ölən yaralananlar var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ