Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda "Tik-Tok" nə vaxt açılacaq? - Rəsmi cavab

Azərbaycanda

Tarix: 12 Oktyabr 2023 15:52

Azərbaycanda bir aya yaxındır ki, "Tik-tok" platformasına girişə məhdudiyyət qoyulub. Ölkə ərazisində vətəndaşlar bu sosial şəbəkədən istifadə edərkən məhdudiyyətlə üzləşirlər. 

Milli.Az xəbər verir ki, "Tik-tok"dan istifadə edə bilməyən istfadəçilər çıxış yolunu VPN-dən istifadə etməkdə görürlər. 

Bəs, Azərbaycanda "Tik-Tok" şəbəkəsinə qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq? Bu istiqamətdə hər hansı müzakirə aparılırmı?

VPN-lərdən istifadə təhlükəlidirmi? Vətəndaşların bank hesabları, şəxsi yazışma və şəkilləri ələ keçirilə bilərmi?

Bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraiət etdik. Qurumun sektor müdiri Ləman Hüseynzadə baku.ws-ə bildirdi ki, "TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək:

"VPN tətbiqlərindən istifadə edilməsi kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Belə ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir".

Milli.Az


Etiketlər:  Azərbaycanda Tik Tok vaxt açılacaq Rəsmi cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ