Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 10:42
Bakı. Trend:
Hindistanın İndira Qandi adına beynəlxalq aeroportunda güclü partlayıcı maddə - qeksogen dolu çanta aşkar edilib.
Trend-in məlumatına görə, sahibsiz çanta aşkar ediləndən dərhal sonra hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb edilib. Aeroport ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, çanta sərnişinlərdən biri tərəfindən səhər saatlarında terminalın qarşısında tapılıb. Polis çantanı nəzarətə götürdükdən sonra aeroporta giriş və çıxış qapılarının bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.
Çanta laboratoriyaya təqdim edilib. Hazırda müşahidə videokameraları vasitəsilə çantanı aeroport ərazisinə daxil edən şəxs axtarılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin