Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu

Rusiya və Ukraynadan gələn gəmilər toqquşdu

Tarix: 13 Oktyabr 2023 18:00

Mərmərə dənizində taxıl daşıyan iki yük gəmisi toqquşub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Ukraynanın İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik "Haje Halimeh" gəmisi Mərmərə dənizində Rusiyanın "Qafqaz" limanından İsrailin Aşdod şəhərinə taxıl daşıyan 169 metr uzunluğundakı "Asomatos" gəmisi ilə toqquşub", - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, ekoloji ziyan qeydə alınmayıb.

"Haje Halimeh" gəmisinin göyətrəsinin bir hissəsinin dağıldığı bildirilir.

Gəmilərdən biri Komor adaları, digəri isə Panama bayrağı altında üzür.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynadan gələn gəmilər toqquşdu


RƏYLƏR