Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın Şərqdə böyük müharibə başlayır: bu gün 19:00-dək…

Yaxın Şərqdə böyük müharibə başlayır: bu gün 19:00-dək…

Tarix: 14 Oktyabr 2023 02:32

Yaxın Şərq genişmiqyaslı müharibə və görünməmiş humanitar fəlakət astanasındadır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar qapalı iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin Yaxın Şərqdə vəziyyətin son gərginləşməsinə görə məsuliyyətin əsasən ABŞ-ın üzərinə düşdüyünü bəyan edib və Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqdə dərhal atəşkəsə çağıran qətnamə təqdim etdiyini təsdiqləyib.

Diplomat qeyd edib ki, Rusiya Yaxın Şərqdəki münaqişədə vasitəçilik etməyə hazırdır. Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərindən şənbə günü Moskva vaxtı ilə saat 19:00-a qədər qətnamə layihəsinə cavab verməyi xahiş edib.

Nebenzya qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri Rusiya Federasiyasının qətnamə layihəsinə müsbət, digərləri isə təmkinlə reaksiya veriblər.


Etiketlər:  Yaxın Şərqdə böyük müharibə başlayır gün 1900 dək


RƏYLƏR