Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlər hər gün qoz yeməlidir?

Kimlər hər gün qoz yeməlidir?

Tarix: 15 Oktyabr 2023 07:00

Qoz - yunan qozu kifayət qədər kalorili, qidalı bir çərəzdir. Orqanizmi doyurur və sutkalıq bəzi mineral, vitamin ehtiyatı ilə təmin edir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, qozda olan maddələr beyinə, yaddaşa yaxşı təsir edir, sedativ-sakitləşdirici effekti var, stres, gərginlik, yorğunluq zamanı güc verir. Bir sözlə, qoz insanın sutkalıq enerji təminatı ola bilər.

Qoz qanın keyfiyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır, ürək-damar sistemini möhkəmləndirir.

Qoz dırnaq və saçların vəziyyətini yaxşılaşdırır, dişləri möhkəmləndirir, dəridə qırış əmələ gəlməsinə qarşıdır.

Bəs kimlər gündə bir ovuc qoz yeməlidir?

- İmmuniteti zəif olanlar
- Ürək-damar problem olanlar
- Yeniyetmələr, xüsusilə oğlanlar
- Məktəbli uşaqlar
- Şəkər xəstələri

- Ağır xəstəlik keçirənlər
- Əməliyyatdan sonra
- Mədə turşuluğu, reflüks xəstəliyi olanlar

- Qalxanvari vəz və hormonal disbalansı olanlar
- Hamilələr
- Depressiya, nevroz, stres keçirənlər.


Etiketlər:  Kimlər hər gün yeməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ