Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 02:30
Daim qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlərə xoş xəbərimiz var.
Sonxeber.net lazımi miqdarda nizamlı olaraq istifadə edilməsi təqdirində təbii ağrıkəsici olan itburnunun bir çox yerdə rast gəlinməyən faydalarını təqdim edir.
Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.
Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.
Faydaları:
Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.
Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.
Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.
Mədə turşuluğunu balanslaşdırır.
Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.
Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.
Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.
Oynaq ağrılarının təbii dərmanıdır.
Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.
İtburnu çayı arıqladırmı?
Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
İtburnu çayının hazırlanması
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
İtburnu yağının faydaları:
Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.