Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 18:51
15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azırbaycan bayrağını qaldırması və separatçıların uzun müddət istifadə etdikləri binanı gəzməsi erməni mediasında da reaksiya doğurub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, gözlənildiyinin əksinə olaraq, erməni sosial şəbəkələrində bəzi şəxslərin çılğın reaksiyası istisna olmaqla, proses geniş əks-səda doğurmayıb. Əksinə, Ermənistan mediası İlham Əliyevin Xankəndi və ətraf ərazilərə, o cümlədən Kərkicahan və Malıbəyliyə səfərini geniş işıqlandırıblar.
Ermənilər arasında keçirilən sorğularda isə onların reallıqla hesablaşdıqları, həmçinin baş verənlərdə özlərini günahkar saydıqları görünür. Sorğu iştirakçıları "Azərbaycanlılar Qarabağı bizdən çox sevdikləri üçün o yerlərə sahib oldular" deyə münasibət bildiriblər.