Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunu HƏMAS-dan qurtarmaq üçün Messidən kömək istədi

Oğlunu HƏMAS-dan qurtarmaq üçün Messidən kömək istədi

Tarix: 17 Oktyabr 2023 17:38

İsraildə yaşayan Argentina vətəndaşı Aleks Şerman HƏMAS tərəfindən qaçırılan oğlunun tapılması üçün Lionel Messiyə müraciət edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Şerman əfsanəvi futbolçuya videomüraciət yazıb:

"Argentina vətəndaşı olan İsrail əsgəri oğlum Ron Qəzzada HƏMAS tərəfindən qaçırılıb. Bilirəm ki, kömək istəyən insanlar sizə minlərlə xahiş edib. Bu videonun nəticə verib-verməyəcəyini, müraciətimi görəcəyinizi bilmirəm. Amma bir ata olaraq oğlumu geri qaytarmaq üçün əlimdən gələni edirəm.

Bilirəm ki, sənin bir neçə kəlmən oğlum Ron və HƏMAS tərəfindən qaçırılan Argentinalılar üçün möcüzələr yarada bilər. Əlimdən gələni edirəm. Ümid edirəm bu sözlər qulaqlarınıza çatar. Biz səni sevirik və sənə heyranıq".


Etiketlər:  Oğlunu HƏMAS qurtarmaq üçün Messidən kömək istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ