Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviçə Avstraliyadan təklif

İbrahimoviçə Avstraliyadan təklif

Tarix: 1 Noyabr 2019 15:16

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç Avstraliya təmsilçisi “Pert Qlori”dən təklif alıb.

Qol.az ABŞ mətbuatına istinadən xəbər verir ki, məlumatı 38 yaşlı hücumçunun meneceri Mino Rayola da təsdiqləyib. İsveçli forvardın hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatır.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib.
 


Etiketlər:  İbrahimoviçə Avstraliyadan təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ