Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 09:28
Adı "X" olaraq dəyişdirilən tviter platformasında bundan sonra yeni istifadəçilərdən ödəniş tələb olunacaq.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bununla bağlı şirkətin sahibi amerikalı milyarder İlon Mask öz səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, saxta hesablarla mübarizə aparmaq üçün nəzərdə tutulan "Not a Bot" adlı proqramı çərçivəsində atılmış növbəti addımıdır.
İlk növbədə Yeni Zelandiyanı və Filippini əhatə edəcək yenilikdə istifadəçilərdən illik 1 dollar tələb olunacaq. Onlar bu ödənişlə şəbəkənin baza funksiyalarına sahib olacaqlar.
Qeyd edək ki, Mask ötən ay platformanın ödənişli olacağını elan etmişdi.