Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binəqədi və Xətaidə həyətləri su basıb - 3 nəfər xilas edilib

Binəqədi və Xətaidə həyətləri su basıb - 3 nəfər xilas edilib

Tarix: 1 Noyabr 2019 18:45

Bakı. Trend:

Paytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.


Etiketlər:  Binəqədi Xətaidə həyətləri su basıb 3 nəfər xilas edilib


RƏYLƏR