Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 22:02
Fələstinin radikal "HƏMAS" hərəkatı bildirib ki, onun silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadaları İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, azad edilən ana və onun qız övladıdır.
İsrail ordusunun məlumatına görə, "HƏMAS" Qəzza zolağında 203 mülki vətəndaşı girov saxlayır.