Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlardan biri ''mən şiəyəm'' digəri ''mən sünniyəm'' deyir...

İnsanlardan biri ''mən şiəyəm'' digəri ''mən sünniyəm'' deyir...

Tarix: 22 Oktyabr 2023 04:34

Uca Rəbbimiz bizə Adəmdən bəri tək bir ad verib, müsəlman:

"O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi "müsəlmanlar" adlandırdı..." (Həcc 22/78).

Buna görə də Allaha və kitabına inanan bir insanın mən sadəcə müsəlmanam deməsi əvəzinə mən sünni ya da şiəyəm deməsi, çox iyrənc və bu ümmət üçün acı bir fəlakətdir. Artıq bir cəmiyyət üçün bundan böyük bir fitnə bəla problem ola bilməz. Allahın verdiyi adı kifayət görməyib, özlərinə ayrı ad, yol seçənlər eyni zamanda Allahın qəzəbinə düçar olması və parçalanması qaçınılmazdır.

Peyğəmbərimiz əleyhissəlam və səhabəsi nə sünni nə də şiə deyildi. Eyni ilə İsa əleyhissəlam, nə Katolik nə Ortodoks deyildi, sadəcə müsəlman idi. Müsəlman, Allaha təslim olan deməkdir. Biz də əgər Allaha təslim olmuşuqsa,təkcə bu adla kifayətlənməliyik. Çünki, birlik-bərabərlik, Allahın rizası ancaq bu yolla qazanılır. Əksi təqdirdə biz də Allahın qəzəbinə düçar olarıq və bizdən əvvəlki ümmətlər kimi yoldan çıxarıq.

Uca Rəbbimiz Quranda belə buyurur:

"Dinlərini parçalayan və firqələrə ayrılanlardan olmayın! Hər firqə özündəki ilə sevinir" (Furqan 30/32).

"Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün doğru bir yoldur. Siz bundan sorğu-sual olunacaqsınız." (Zuxruf 43-44)


Etiketlər:  İnsanlardan biri mən şiəyəm digəri mən sünniyəm deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ