Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britni Spirs "Instagram"da buna görə çılpaq şəkillər paylaşırmış... - FOTO

Britni Spirs

Tarix: 23 Oktyabr 2023 09:25

Qalmaqallı həyat tərzi ilə tanınan pop ulduz Britni Spirsin oktyabrın 24-də memuarlarından ibarət kitabı işıq üzü görməmiş artıq böyük səs-küy yaradıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "The New York Times" nəşri sözügedən kitabda sənətçinin sosial şəbəkə hesabında niyə çılpaq şəkil və videolar paylaşdığına dair yazdığı cavabının bir hissəsini üzə çıxarıb.

"Bilirəm ki, bir çox insanlar niyə çılpaq və ya yeni paltarlarda şəkil və ya videolarımı paylaşdığımı  xoşladığımı başa düşmürlər. Amma düşünürəm ki, onlar da başqa insanlar tərəfindən minlərlə dəfə şəkil çəkdirsəydilər, onları da barmaqla başqalarının bəyənməsi üçün poza verməyə məcbur etsəydilər, məni başa düşərdilər. Özümü seksual hiss etdirəcək şəkildə poza verməkdən çox həzz alıram", - deyə Britni bildirib.

Xatırladaq ki, daha əvvəl sözügedən nəşr ulduzun işıq üzü görəcəyi kitabında B.Spirsin keçmiş sevgilisi Castin Timberleykdən abort etdirdiyini etiraf etməsini dərc etmişdi. Müğənni bu sirrini 20 il saxlayıbmış. 
Qeyd edək ki, Britni Spirs 1999-cu ildə 17 yaşında 18 yaşlı Castin Timberleyklə görüşməyə başlayıb. Ulduz cütlük 2002-ci ildə ayrılıb.

Milli.Az


Etiketlər:  Britni Spirs Instagramda buna görə çılpaq şəkillər paylaşırmış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ