Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada uşaqların adları bədənlərinə yazılır

Qəzzada uşaqların adları bədənlərinə yazılır

Tarix: 23 Oktyabr 2023 15:52

Qəzzada valideynlər uşaqlarının bədənlərinə adlarını yazırlar ki, aviazərbələr zamanı ölsələr, onları tanıya bilsinlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CNN-ə Qəzzadakı "Əl-Əqsa Şəhidləri" xəstəxanasının həkimi Əbdülrəhman əl-Əsri deyib.

"Uşaqların ayaqları və qarınlarına adlarının yazıldığı bir neçə halla rastlaşmışıq. Valideynlər narahatdır ki, hər şey ola bilər və heç kim uşaqlarını tanıya bilməyəcək. Bu o deməkdir ki, onlar hər an qurbana çevrilə və yaralana və ya işgəncəyə məruz qala biləcəklərini hiss edirlər", - həkim bildirib.

Adının açıqlanmasını istəməyən bir nəfər də kanala açıqlamasında oxşar halla rastlaşdıqlarını deyib:

"Bir çox valideyn övladlarının adını ayaqlarına yazır ki, hava hücumlarından onları tanısınlar. Bu, Qəzza zolağında başlayan yeni fenomendir. Bir çox uşaq itkin düşüb. Bir çoxu bura kəllə sümüyünün qırılması ilə gətirilir. Onları müəyyən etmək mümkün deyil, yalnız bu yazılarla onların kimliyi müəyyən edilir".

Milli.Az


Etiketlər:  Qəzzada uşaqların adları bədənlərinə yazılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ