Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 19:52
İsveç məhkəməsi Rusiya əsilli İsveç vətəndaşı Sergey Skvortsova Rusiya xeyrinə casusluq ittihamı üzrə bəraət verib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, ittihamnamədə Skvortsovun casusluq fəaliyyətinin İsveç və ABŞ-a qarşı yönəldiyi iddia edilib. İsveç prokurorluğunun nümayəndəsinin sözlərinə görə, o, öz biznesindən texnologiyanı qanunsuz əldə etmək və QRU-ya ötürmək üçün istifadə edib.
Məhkəmə qərarında deyilir: "Skvortsovun fəaliyyəti yalnız Qərbdə texnologiya almağa yönəlib, İsveç və ya ABŞ haqqında casusluq kimi qiymətləndirilə bilən məlumat əldə etmək deyil".
Skvortsov azadlığa buraxılıb.