Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

Tarix: 26 Oktyabr 2023 23:50

NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Alyans rəhbəri X sosial şəbəkəsində qeyd edib.

O bildirib ki, NATO Moldovanın suverenliyini tam dəstəkləyir, yəni Dnestryanının müstəqilliyini tanımır:

"Hörmətli tərəfdaşımız Moldovanın Baş naziri Dorin Reçan ilə görüşməyimə şadam. NATO sizin suverenliyinizi və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən tamamilə çıxarmağa çağırırıq", - Stoltenberq yazıb.

O əlavə edib ki, Moldova NATO-nun dəstəyinə arxalana bilər.


Etiketlər:  NATO Rusiyaya çağırış Qoşunları çıxart


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ