Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miqrenə səbəb olan qidalar

Miqrenə səbəb olan qidalar

Tarix: 27 Oktyabr 2023 02:03

Miqrenə təkan verən bir sıra amillər var, bunlar sərasına fastfud və zərərli qidalar da daxildir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasının nevroloqu Valeri Kuvayev məlumat verib.

Onun sözlərinə görə, miqrenə təsir edən amillər hər kəsdə individualdır, lakin bu, adətən müəyyən qidaların reaksiyası nəticəsində baş verir.

Nevroloq qeyd edib ki, baş ağrısının əsas təxribatçıları qırmızı və köpüklü şərablardır. Südlü şokolad da təkan rolunu oynaya bilər, lakin onun təsiri alkoqollu içkilərdən daha azdır.

Kuvayev aclığın da miqrenin meydana gəlməsində əhəmiyyətli bir faktor olduğunu bir daha xatırladıb: "Baş ağrısı gündəliyi tutmalısınız, bu sizə qida da daxil olmaqla hansı faktorların hücuma səbəb olduğunu müəyyənləşdirməyə kömək edəcək. Əgər hər hansı qidanın pis təsirini aşkarlasanız və miqrenlə birbaşa əlaqə tapasanız, ondan imtina edin".


Etiketlər:  Miqrenə səbəb olan qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ