Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın şahmatçılarımız Ermənistana qalib gəlib Avropa üçüncüsü oldu

Qadın şahmatçılarımız Ermənistana qalib gəlib Avropa üçüncüsü oldu

Tarix: 2 Noyabr 2019 16:48

Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatına yekun vurulub.

Qol.az-ın məlumatına görə, son turda hər iki millimiz qələbə qazanıb. Kişilər şahmatçılarımız Sloveniyaya 3:1, qadın zəka sahiblərimiz isə Ermənistana 2.1:1.5 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə qadınlarımız turniri 3-cü pillədə başa vurub. Şahmatçılarımız Rusiya və  Gürcüstandan geri qalıb.  Bununla da qadım millimiz uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atmışdı. Həmin vaxt da bürünc medal qazanmışdı.

Ötən il Avropa çempionu olan kişi şahmatçılarımız isə bu dəfə 6-cı pillə ilə kifayətlənib.

KİŞİLƏR

Sloveniya - Azərbaycan - 1:3

Luka Leniç - Arkadi Naydiç - 0.5:0.5

Matey Sebenik - Rauf Məmmədov - 0:1

Yure Skoberne - Qədir Hüseynov - 0:1

Yan Sudel - Eltac Səfərli - 0.5:0.5

QADINLAR

Azərbaycan - Ermənistan - 2,5:1,5

Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0

Xanım Balacayeva - Elina Danielyan - 0.5:0.5

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan - 0.5:0.5

Gülnar Məmmədova - Anna Sarqsyan - 0.5:0.5

 


Etiketlər:  Qadın şahmatçılarımız Ermənistana qalib gəlib Avropa üçüncüsü oldu


RƏYLƏR