Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunanıstana səfir təyin olunan Arif Məmmədovun DOSYESİ

Yunanıstana səfir təyin olunan Arif Məmmədovun DOSYESİ

Tarix: 27 Oktyabr 2023 18:08

Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Digər sərəncamla Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Arif Məmmədov əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.

Arif Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

O, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.

Arif Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.

Milli.Az


Etiketlər:  Yunanıstana səfir təyin olunan Arif Məmmədovun DOSYESİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ