Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahramanyan məsuliyyəti Paşinyanın üzərinə atdı: ''Xəbəri var idi...''

Şahramanyan məsuliyyəti Paşinyanın üzərinə atdı: ''Xəbəri var idi...''

Tarix: 28 Oktyabr 2023 23:39

"Emənistan hakimiyyəti Azərbaycanla "Artsax"da (Qarabağdakı qondarma rejim - Red. ) imzalanan atəşkəs sənədindən xəbərdar idi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Qarabağdakı qondarma rejimin keçmiş və sonuncu rəhbəri Samvel Şahramanyan Emənistan KİV - lərinə verdiyi açıqlamada söyləyib. O, daha sonra deyib: "İmzalanan bu sənədin ehtiva etdiyi mümkün risklər Ermənistan hakimiyyəti ilə müzakirə olunub. "Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin "Artsax"dan çıxarılması" haqqında müddəa/bənd mətnə məcbur daxil edilib. Bu, Bakının israrlı tələbi idi, biz (qondarma rejimin rəhbərliyi) mülki əhalinin həyatını xilas etmək üçün bununla razılaşdıq". 

Separatçı rejimin sonuncu rəhbəri Ermənistan hökumətinin onun üzərinə gəlməsinə və olanlar üçün bütün məsuliyyəti ona yükləməsinə bu cür reaksiya verib və faktiki olaraq, Paşinyan hökumətini satıb. 

Milli.Az


Etiketlər:  Şahramanyan məsuliyyəti Paşinyanın üzərinə atdı Xəbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ