Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 16:44
"İsrail fələstinli məhbusları azad etsə, biz də əlimizdə olan məhbusları azad edəcəyik".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde deyib.
Əllərində çox sayda əsir olduğunu bildirən Ubeyde ilk növbədə İsraildən bu addımə gözlədiklərini qeyd edib: "Düşmən bir anda əsir dosyesini bağlamaq istəsə, bu addımı atsa, biz də buna hazırıq".
Qeyd edək ki, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar 23 gündür davam edir. HƏMAS tərəfindən əsir götürülənlərin azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə səylər davam edir.