Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

40 yaş qətiyyən böhran deyil

40 yaş qətiyyən böhran deyil

Tarix: 30 Oktyabr 2023 03:14

40 yaşa çatan xanımlar üçün ola bilsin ki, həyat daha çətin görünsün. Çünki bu yaşda olan insanların həyatında mühüm dəyişikliklər baş verir. İş yerində hiss edir ki, daha cavanlar daha fəaldır. Ona görə də peşəsində daha ali dərəcəyə çatmaq üçün çalışıb, çabalayar.

Bu yaşda olan xanımların artıq uşaqları böyümüş və yeniyetmə dövrünü təcrübə edirlər. Uşaqların təhsili və bitməyən xərclər - bütün bunlar insanı həqiqətən çox yorur. 40 yaşına çatmış insanlar başa düşürlər ki, artıq əvvəlki kimi güclü və gümrah deyildirlər. Çox tez yorulur və sağlamlıqlarını bir-birinin ardınca əldən verirlər.

40 yaşa çatan insanlar hiss edirlər ki, əvvəlki kimi cavan deyildirlər. Lakin hər bir halda insan imkan verməməlidir ki, yaş həddi onun gündəlik sevinc və şadlığına mənfi təsir qoysun və həyat şövqünü əlindən alsın.

Saçlarda ağ tüklər görünməyə başlayar. Mühüm deyildir ki, onları indiyə qədər rəngləmisiniz, yoxsa yox. İndidən sonra rəngləyərsiniz. Bu yaşa çatan insanlar hiss edirlər ki, maddələr mübadiləsi zəifləyir və çəki artmağa başlayır. Sümüklərdəki ovulmalar artır və çox zaman sterssə düşürlər. Lakin bu, orta yaş böhranıdır. Hər birimiz bu böhranı daha asan şəkildə arxada qoymağa çalışmalıyıq.

Statistika göstərir ki, bu gün 44-55 yaşlı qadınların arasında depresiyaya düçar olanların sayı daha çoxdur. Qadınların bir çoxu bu yaşda olan zaman hafizə zəifliyindən şikayət edirlər. Bəziləri bu halı beynin kilidlənməsi kimi təsvir edirlər. Misal üçün iş yoldaşının adını xatırlamaq üçün bir neçə dəqiqə fikrə getməli olur. Çünki bu yaşda olan insanda estrogen hormonun səviyyəsi aşağı düşür. Bu hormon beyin ilə bədənin başqa üzvləri arasında rabitə yaradar və əsəb tellərini təhrik edər. Bundan başqa, beyinə gedən qan cərəyanını sürətləndirər. Lakin bu hormon zəif olduğu üçün istər-istəməz hafizə zəifliyi özünü göstərər.

Bunun qarşısını almaq üçün beynimizi fəal saxlayaq. Başqa bədən üzvlərimiz kimi beynimizin də idmana ehtiyacı vardır. Beyni işlədən işlərlə məşğul olun. Cədvəl həll edin, kitab oxuyun. Kifayət qədər yatın. Bu yaşda olan insanlar gün ərzində 8 saat yatmalıdır. Çünki ancaq bu zaman beyniniz lazımlı fəaliyyəti göstərə bilər.
Çalışın ki, stressin səviyyəsini aşağı salasınız. Sarıkök yeməyə çalışın, çünki bu ədviyyat hafizəni gücləndirər.

40 yaş böhran deyildir. Sadəcə səmimi və pəhrizkar yaşam sürməklə, həyatı rəngarəng etmək olar.


Etiketlər:  yaş qətiyyən böhran deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ