Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 21:38
Türkiyə İsraillə münasibətləri geri dönüşü olmayan həddə gətirmək niyyətində deyil.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, son zamanlar Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesi gedir: "Müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı addımlar atılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfərinə hazırlıq gedirdi. Yəni Türkiyənin İsraillə münasibətləri geri dönüşü olmayan səviyyəyə gətirmək məqsədi yoxdur. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır".
Məlumatda həmçinin Qəzzada baş verənlər də qınanılıb.
Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl Yaxın Şərqdəki müharibənin genişlənməsində maraqlı olan tərəflərin olduğunu söyləmişdi.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.