Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada 7028 nəfər ölüb - 133-ü körpədir

Qəzzada 7028 nəfər ölüb - 133-ü körpədir

Tarix: 31 Oktyabr 2023 16:50

Qəzza zolağında bir yaşı tamam olmayan 133 körpə həyatını itirib.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi, İsrailin 7-26 oktyabr tarixləri arasında Qəzzaya etdiyi hücumlarda həyatını itirənlərin adları, şəxsiyyətləri və yaşlarını bildirən 212 səhifəlik hesabat dərc edib.
Hesabata görə, 7-26 oktyabr tarixləri arasında İsrailin hücumlarında ölən 7028 nəfərdən 2913-ü uşaqdır.

Onlardan 133-ü bir yaşa qədər, 153-ü 1 yaşında, 158-i 2 yaşında olmaqla 444 körpə həyatını itirib.

İsrail bombardmanlarında 3 yaşında 171 uşaq, 1527 ibtidai məktəb (4-13 yaş) və 523 orta məktəb (14-17 yaş) uşaq həlak olub.

Hücumlar zamanı həlak olanların 2262-si qadın, 462-si 60 yaşdan yuxarılardır.

Hesabatda 281 nəfərin şəxsiyyətinin müəyyən edilə bilmədiyi qeyd edilib.


Etiketlər:  Qəzzada 7028 nəfər ölüb körpədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ