Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hemilton ''Formula 1'' üzrə altı qat dünya çempionu oldu

Hemilton ''Formula 1'' üzrə altı qat dünya çempionu oldu

Tarix: 4 Noyabr 2019 02:20

Bakı. Trend:

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında altıncı dəfə "Formula 1" avtomobil yarışları üzrə dünya çempionatında qalib olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata, 34 yaşlı L.Hemilton ABŞ Qran Prisində komanda yoldaşı finlyandiyalı Valtteri Bottasdan sonra finiş xəttini keçərək ikinci yeri tutub. Qran Pridə üçüncu yeri "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen tutub.

Mövsümün sonuna iki mərhələ qalmış L.Hemilton ümumi hesabda ən yaxın izləyicisi V.Bottas üçün əlçatmaz olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hemilton Formula üzrə altı dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ