Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanıldı

İstanbulda beynəlxalq terror təşkilatının 37 üzvü saxlanıldı

Tarix: 2 Noyabr 2023 13:18

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda "Comenchero" adlı beynəlxalq terror təşkilatının 37 üzvü həbs olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Bildirilib ki, mərkəzi Avstraliya olan və qlobal miqyasda fəaliyyət göstərən "Comenchero" adlı Transmilli Silahlı Mütəşəkkil Cinayətkarlıq Təşkilatının qondarma lideri Mik Havi 2018-ci ildə öldürülüb.

Daha sonra terror təşkilatı Mark Duqlas Buddenin rəhbərliyi altında fəaliyyətini davam etdirib. Onun beynəlxalq narkotik ticarəti, qətl, silahlı talan, adam oğurluğu və cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması kimi cinayətlərdə təqsirli bilindiyi vurğulanıb. Təşkilatın lideri Mark Duqlas Budde 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində tutularaq Avstraliyaya təhvil verilib.

İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Təhlükəsizlik Baş İdarəsi, Narkotik Cinayətlərinə Qarşı Mübarizə İdarəsi və İstanbul Polis İdarəsi transmilli silahlı mütəşəkkil cinayətkar qrup "Comenchero"ya qarşı birgə əməliyyat keçirib.

Təşkilatın Türkiyədəki 4,5 milyard lirə dəyərində əmlakına həbs qoyulub.

Milli.Az


Etiketlər:  İstanbulda beynəlxalq terror təşkilatının üzvü saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ