Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni silahlıları Qarabağda necə qala bilər? - Polkovnik açıqladı

Erməni silahlıları Qarabağda necə qala bilər? - Polkovnik açıqladı

Tarix: 2 Noyabr 2023 20:24

II Qarabağ müharibəsindən və lokal antiterror tədbirlərindən sonra ərazidə hansısa silahlıların qalması ehtimalı var. Dünya praktikasında da bu cür faktlara rast gəlinib. Ərazilər terrorçulardan təmizlənərkən bir çox hallarda onların qalıqlarına rast gəlinir. Ona görə də, Qarabağda terrorçuların olması müəyyən amillərlə izah olunur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, separatçı rejimin antiterror tədbirlərindən sonra özünü buraxması faktı ilə barışmaq istəməyən şəxslərin bu cür silahlı dəstələr şəklində ərazilərdə gizlənməsi ehtimalları qalır:

"Relyefin mürrəkkəbliyi, ərazinin dağlıq, meşəlik olduğunu nəzərə alsaq burada hansısa mağaralarda, zirzəmilərdə, dərinliklərdə silahlıların olması mümkündür. Çünki bəzi separatçıların, revanşistlərin "geri qayıdacayıq" kimi açıqlamaları ərazidə kimlərinsə gizlənməsi ehtimallarını gücləndirir".

Polkovnik Xocalıda və I Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq etmiş şəxslərlə bağlı Azərbaycan tərəfindən axtarışların davam etdiyini bildirib:

"Azərbaycana qarşı II Qarabağ müharibəsində Ermənistan tərəfindən döyüşən muzdluların aqibəti hələ də bəlli deyil. Hətta Vətən müharibəsindən sonra həmin muzdluların ərazidə qalması ilə bağlı məlumatlar var idi".

Şair Ramaldanov azərbaycanlıların geri dönüşü ilə bağlı ərazidə ciddi axtarış tədbirlərinin aparıldığını söyləyib:

"Bu işlə məşğul olan orqanlar sistemli addımlar atır. Ərazidən məlumatların toplanması və kəşfiyyatın aparılması ilə bağlı proseslər davam edir. Eyni zamanda burada sektorlar üzrə axtarış tədbirləri plan üzrə icra edilir".

Milli.Az


Etiketlər:  Erməni silahlıları Qarabağda necə qala bilər Polkovnik açıqladı


RƏYLƏR