Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 18:58
HƏMAS-ın hərbi qanadı olan "Qəssam Briqadaları"na bağlı qüvvələr Beyt Hanun küçələrində İsrail əsgərləri ilə şiddətli toqquşmalarının görüntülərini yayıblar.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, videoda çoxlu sayda tankın məhv edildiyi görünür.
HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadaları" oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli əməliyyata başlayıb.
İsrail ordusu cavab olaraq Qəzza zolağına zərbələr endirir. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 9 mindən çox insanın həyatını itirdiyini açıqlayıb.