Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 16:20
Hələ Roma Əsasnaməsinin ratifikasiyasına qədər Moskva İrəvana sənəddən yan keçmək təklifi vermişdi, buna məhəl qoyulmadı.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiya XİN-in açıqlamasında xatırlatma edilib.
"Rusiya tərəfi nizamnaməni ratifikasiya etmədən Beynəlxalq Cinayət Məcəlləsinin mexanizmlərindən istifadə etməyi təklif edib. Nəticədə İrəvan sənədi "sırf siyasi səbəblərə görə" qəbul edib", - Lenta.ru-nun sorğusuna cavab olaraq deyilir.
Rəsmi Moskva bildirib ki, əgər İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, deməli, Ermənistan hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var.
Qeyd edək ki, son günlər Ermənistan Rusiyanın qəzəbini səngitməkdən ötrü Kremlə müxtəlif mesajlar verir.