Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraqan Bakıdadır? - FOTO

Qaraqan Bakıdadır? - FOTO

Tarix: 5 Noyabr 2023 15:20

Qaraqan ləqəbi ilə tanınan Azərbaycanın məşhur repçisi Elxan Zeynallının Bakıda olduğu iddia edilib.

Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, E.Zeynallının anası Afaq Vasifqızı öz İnstaqram səhifəsində iddialara səbəb olacaq paylaşım edib.

Belə ki, paylaşımda onkoginekoloq Könül Mərdanovanın A.Vasifqızına xitab edərək bu sözləri yazıb:

"Afaq, gözü dolusu görəsən balanı".

Paylaşımı görən izləyicilər repçinin övladının dünyaya gəldiyini və buna görə də Qaraqanın Bakıda olduğunu iddia ediblər.

Qeyd edək ki, E.Zeynallı 2007-ci ildə yaranan H.O.S.T qrupunun solisti olub. 

2012-ci ildən isə qrup üzvləri kariyeralarına ayrı davam etmək qərarı alıb.

Elxan Zeynallı uzun müddətdir ki, Amerikanın Nyu-York şəhərində yaşayır.

2023-cü il 29 sentyabrdan isə yenidən karyersına "Söz" adlı treki ilə davam edir.


Etiketlər:  Qaraqan Bakıdadır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ