Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''a 2 qol vuran futbolçu İspaniya nəhənginə keçir

''Qarabağ''a 2 qol vuran futbolçu İspaniya nəhənginə keçir

Tarix: 5 Noyabr 2023 19:20

"Bayer Leverkuzen"ə məxsus olan müdafiəçi Alexandro Qrimaldo karyerasını İspaniyada davam etdirə bilər.

Sonxeber.net Fanat.Az-a istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı futbolçu "Barselona"nın maraq dairəsinə düşüb. 

Kataloniya klubu qarşıdakı transfer pəncərəsində Alejandro ilə müqavilə imzalamağa cəhd edəcək. "Transfermarkt" Qrimaldonun dəyərini 25 milyon avro olaraq qiymətləndirir. 

28 yaşlı ispaniyalının "əczaçılar"la müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.

Müdafiəçi bu yay üz tutduğu "Bayer"də mövsümə səmərəli başlayıb. Belə ki, Alexandro on matçda iştirak edərək beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Bayer"in evdə 5:1 hesabıyla qalib gəldiyi görüşdə Qrimaldo dubl edib.


Etiketlər:  Qarabağa vuran futbolçu İspaniya nəhənginə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ