Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə mənə ''sən'', digər qonaqlara ''siz'' deyirdi...

Efirdə mənə ''sən'', digər qonaqlara ''siz'' deyirdi...

Tarix: 6 Noyabr 2023 02:05

Müğənni Nura Suri bir neçə gün öncə ARB televiziyasında yayımlanan "Günə son" verilişini tərk etməsinin səbəbini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müğənni "Gül kimi şou" verilişində bu sözləri deyib:

"Anlamadım ki, studiya iki yerə bölünüb. Yarı qonaqlar bir, digər yarı qonaqlar isə başqa tərəfdə studiyada oturmuşdular. Çəkilişin heyətinə sual verdim ki, bu nə verilişdi? Cavab verdilər ki, bizdə studiyanın quruluşu belədir. Dedim ki, qalmaq istəmirəm gedirəm. Reklam fasiləsində getmək istəyirdim, lakin çox xahiş etdilər ki, təhsil ilə bağlı qoyulan mövzu haqda fikirlərimi səsləndirib sonra verilişi tərk edim".

Nura Suri aparıcı Ülvira Qarayevanın efirdə ona müraciətini də tənqid edib: "Ülvira Qarayeva ilə rəfiqəliyim yoxdur, amma efirdə mənə "sən", digər qonaqlara "siz" deyə müraciət edirdi. O verilişdən getməli idim".

Milli.Az


Etiketlər:  Efirdə mənə sən digər qonaqlara deyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ