Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2023 18:42
Annalena Berbok ölkəmizdə səfərdə olarkən Almaniya kimi nüfuzlu dövlətdə xarici işlər naziri vəzifəsini icra etməyə layiq olmadığını göstərdi. Xanım nazirin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdüyü ilə bağlı yalan bəyanatı onun diplomatik fəaliyyətininin hansı səviyyədə olduğunu təsdiq etdi.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, politoloq Anar Əliyev deyir ki Annalena Berbok Qarabağdan könüllü çıxan erməni əsilli sakinlərlə görüşdüyü halda, ölkəmizdə rəsmi şəkildə qaçqın və məcburi köçkün statusu daşıyan şəxslərlə bir araya gəlməməsi nazirin Azərbaycana qarşı qərəzli mövqeyindən xəbər verir. Onun sözlərinə görə, xanım nazir ölkəmizə səfəri zamanı tarixi azərbaycan şəhərlərinin adlarını təhrif etməklə beynəlxalq hüququn norma və prisnsiplərini heçə saydığını əyani şəkildə nümayiş etdirdi.
Politoloq bildirib ki, Cənubi Qafqazdakı indiki vəziyyət bəzi Avropa ölkələrinin maraqlarına cavab vermədiyinə görə, Azərbaycana qarşı müxtəlif addımlar atılır. Anar Əliyev hesab edir ki, Azərbaycan regionla bağlı çirkin oyunları pozduğuna üçün fransa bu məsələdə almaniyadan istifadə etməyə çalışır.
Politoloq əlavə edib ki, xanım nazir bakıda ona verilən cavablardan nəticə çıxarmalıdır. Azərbaycan dövlətinə hansısa yolla təzyiq etmək mümkün deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: